Xəzər Xəbər

Gömrükdə külli miqdarda dərman aşkarlandı

Hadisə | 11:08 • 14 Noyabr 2018
Gömrükdə külli miqdarda dərman aşkarlandı
Rusiya Federasiyası istiqamətindən "Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti