Xəzər Xəbər

Neftin qiymətində kəskin uculaşma var

İqtisadiyyat | 10:37 • 14 Noyabr 2018
Neftin qiymətində kəskin uculaşma var

"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb.

RİA "Novosti" xəbər verir ki, dünən axşam saatlarında "Brent"in yanvar fyuçerinin qiyməti bir barelə görə 7,43 faiz azalaraq 64,91 dollara enib.

Bununla belə, cümə günü WTI markalı yüngül neftin qiyməti 2017-ci ci 17 mart tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 55 dollardan aşağı düşüb. Belə ki,dekabr fyuçerinin qiyməti bir barelə görə 8,31 faiz azalaraq 54,95 dollar təşkil edib.

Xəbər lenti