Xəzər Xəbər

Van Hoydonkun yeni iş yeri bəlli oldu

İdman | 10:22 • 14 Noyabr 2018
Van Hoydonkun yeni iş yeri bəlli oldu

Hollandiya millisinin sabiq üzvü Pyer Van Hoydonkun yeni iş yeri məlum olub.

48 yaşlı mütəxəssis futbolçu karyerasında ən yaxşı günlərini keçirdiyi klublardan olan "NAK Breda"da çalışacaq. Veteran hücumçu komandanın transfer işlərinə baxacaq vəməşqçi Hans Smuldersin köməkçisi olacaq.

Qeyd edək ki, Van Hoydonk "Seltik", "Nottingem Forest", "Benfika", "Feyenoord", "Fənərbaxça" kimi klublarda çıxış edib. O, hollandiya millisində 1994-2004-cü illərdə 46 oyuna 14 qol vurub.

Xəbər lenti