Xəzər Xəbər

“Balaca Bryus Li” interneti “silkələyir” VİDEO

Veb TV | 09:53 • 14 Noyabr 2018
“Balaca Bryus Li” interneti “silkələyir”

Videoda gördüyünüz bu uşaq öz videoları virtual aləmdə şöhrət qazanıb.

Yaponiyada doğulan Ryusey İmeyin 8 yaşı var. Lakin az qala bütün dünya onu tanıyır. Bu balaca yapon uşağının idman hərəkətlərini əks etdirən videoları sosial şəbəkələrdə rekord qırır.

 Ryusey hələ 1 yaşında ikən idmanla məşğul olmağa başlayıb və artıq 4 yaşından əlbəyaxa döyüş hərəkətlərini tətbiq edir. O, əfsanəvi döyüşçü Bryus Linin fanatıdır. Elə videolarından da görünür ki, Ryusey özünü idealına bənzətməyə çalışır. Elə bu səbəbdəndir ki, hamı onu "balaca Bryus Li" adlandırır.

Ryuseyin ilk və yeganə məşqçisi isə atasıdır...

"Youtube"da "balaca Bryus Li" haqqında video-kadrları təqdim edirik:



AzNews.az

Xəbər lenti