Xəzər Xəbər

Tovuz və Lənkəranda yük maşınları ilə toy karvanı - VİDEO

Veb TV | 20:10 • 13 Noyabr 2018
Tovuz və Lənkəranda yük maşınları ilə toy karvanı -

Tovuz və Lənkəranda toylarını qeyri-adi və yaddaqalan etmək istəyən gənclər maraqlı üsula əl atıblar. Onlardan biri "Kamaz"lardan, digəri isə "Zil"lərdən ibarət toy karvanı təşkil edib.

Xezerxeber.az-ın məlumatına görə, toy karvanında gəlin maşınını "Kamaz"lar müşayiət edib. Maraqlı görüntülər Tovuzda qeydə alınıb.

"Kamaz" sürücüsü olan Ayaz Məmmədov xanımını ata evindən şadlıq evinə "Kamaz"la gətirib. Onu yol boyu sürücü dostları da "Kamaz"la müşayiət ediblər.

Kameramıza danışmaq istəməyən gəlin də "Kamaz"la gətirilməsini müsbət qarşıladığını bildirib. Gəlin maşınının və onu müşayiət edənlərin "Kamaz"lardan ibarət olması bəyin atasının əhdi olub.

Lənkəranda isə toyu qeyri-adi etmək üçün ZİL markalı yük avtomobillərindən istifadə olunub.

Rayonun Girdəni kənd sakini Mahir Əskərovun toyu kənd sakinləri üçün də sürpriz olub. Həm özü, həm də atası uzun illər "ZİL" markalı yük maşını idarə etdiyi üçün bəy öz xoş günündə məhz bu qeyri-adı toy karvanını təşkil edib.

Rayon mərkəzində qeyri-adi toy karvanını görənlər isə bu maraqlı anı mobil telefonları ilə çəkiblər. Xüsusi bəzədilmiş "ZİL" markalı yük maşınları rayonun küçələrini gəzdikdən sonra şadlıq sarayına üz tutub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti