Marvel komikslərin yaradıcısı kimi məşhurlaşan yazıçı Sten Li 95 yaşında vəfat edib.
Bu barədə onun qızı mediaya məlumat verib.
Bildirilib ki, noyabrın 12-də səhər saatlarında Linin halı pisləşib və təcili yardım çağırılıb. O, Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib.
Onun qızı vurğulayıb ki, atası bir neçə ildir ki, ciddi xəstəlikdən, o cümlədən pnevmaniyadan və yaddaşsızlıqdan əziyyət çəkirdi.
Li həmçinin "Hörümçək adam”, "Halk”, "X insanlar”, "Dəmir adam” personajlarının yaradıcısıdır./publika.az