Xəzər Xəbər

Sərnişin avtobusu uçuruma düşdü QORXUNC VİDEO

Veb TV | 10:17 • 13 Noyabr 2018
Sərnişin avtobusu uçuruma düşdü

Türkiyənin Muğla bölgəsində sərnişin avtobusu uçuruma yuvarlanaraq qorxulu anlar yaşadıb.

Fethiyə qəsəbəsində sürücü avtobusu yol kənarında saxlayıb. Ancaq əl əyləcini çəkməyi unudub. Sürücü və sərnişinlər yol kənarından təbiəti seyr edərkən avtobus hərəkət etməyə başlayıb və uçuruma düşüb. Təxminən 30 metrdən sonra bir evin divarına çırpılaraq dayanıb.

Xoşbəxtlikdən həmin vaxt avtobusda heç kim olmayıb./publika.az

Xəbər lenti