Xəzər Xəbər

Avtomobili yolda xarab oldu, cərimələndi - İDDİA və RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:32 • 12 Noyabr 2018
Avtomobili yolda xarab oldu, cərimələndi -

Avtomobili yolda xarab olan sürücü polis tərəfindən cərimələndiyini iddia edir. O, bununla bağlı video çəkərək votsap nömrəmizə göndərib.

Xezerxeber.az-ın məlumatına görə, Şəki sakini Rövşən Əzizov iddia edir ki, avtomobilində nasazlıq yarandığı üçün dünən Tovuz rayonunda maşın bazarı adlanan ərazidə yolun kənarında saxlamağa məcbur olub. Bu zaman polis əməkdaşı xidməti avtomobili ilə yaxınlaşaraq onu cərimələyib.

Sürücünün dediyinə görə, o, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib. Polis əməkdaşı da protokol yazarkən bunu əsas gətirib.

İndi sürücü əsassız yerə cərimələndiyini əsas gətirərək, ona yazılan qərarın ləğv edilməsini istəyir.

Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda faktla bağlı araşdırma aparılır, avtomobilin saxlanıldığı yerdən əvvəl nişanın olub-olmadığı və sürücünün avtomobilin qarşısında müvafiq xəbərdarlıq nişanı qoyub-qoymadığı dəqiqləşdirilir. Əgər sürücüyə qarşı qanunsuz hərəkətə yol verilibsə, yazılan cəriməyə xitam veriləcək. İdarədən o da bildirildi ki, sürücü 20 gün ərzində qərarın ləğv edilməsi üçün özü də polisə müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti