Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır - kursda iştirak haqqı da məlumdur - VİDEO

Veb TV | 20:33 • 12 Noyabr 2018
Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır -

Dövlət İmtahan Mərkəzi kuriklum hazırlıq kurslarına start verib.

Xezerxeber.az-ın məlumatına görə, yeni təhsil proqramı əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayıb.

Dövlət İmtahan Mərkəzində gələn il yanvarın 10-dan sonra yeni təhsil proqramları əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair növbəti hazırlıq kursu keçiriləcək.

Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Hər fənn üzrə hazırlıq kursunun müddəti 2 aydır. Kurslarda iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Pedoqoji fənnlər üzrə təhsil alan 4-cü kurs tələbələri və magistrlar üçün isə ödənişsiz həyata keçirilir.

Kursu bitirənlərə isə sertifikatlar verilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər. Bu günə qədər isə 798 nəfər müdavim kursu uğurla bitirib və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti