Xəzər Xəbər

Sofiya ASAN könüllüsü oldu VİDEO

Veb TV | 20:55 • 23 Oktyabr 2018
Sofiya ASAN könüllüsü oldu

Dünyanın tanınmış robotu "Sofiya" "Asan xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. O, "Asan xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. Sofiya jurnalistlərə müsahibə də verib.

Dünyaca məşhur robot "ASAN xidmət"də könüllü oldu.

Ötən gün İmişli "ASAN həyat" kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunan "Sofiya" adlı robot Bakıya gətirilib.

Yasamal "ASAN xidmət" mərkəzində vətəndaşlardan rəy sorğuları alan "Sofiya" dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. "Sofiya" bu günə qədər bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.

"Sofiya" Azrbaycan və "ASAN xidmət" hqqqında olan təəssüratlarını jurnalistlərlə bölüşüb.

"Sofiya"nın nüfuzundan istifadə edərək gələcəkdə keçirəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə "ASAN xidmət" modelini təbliğ etməsiylə bağlı danışıqlar aparılır.

Xəbər lenti