Xəzər Xəbər

Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı VİDEO

Veb TV | 20:26 • 23 Oktyabr 2018
Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı

Bir neçə gün əvvəl Daşkəsəndə valideynlərini ölümcül döyərək meşəyə qaçan Firdovsi Bağırov haqqında xəbər vermişdik. Onun həm də öz həyat yoldaşına və övladlarına da işgəncələr verdiyi məlum olmuşdu. "Xəzər" Televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin ictimailəşdirdiyi məsələ geniş rezonans doğurmuşdu. Artıq polis həmin şəxsi saxlayıb.

Ata-anasını ölümcül döyən və övladlarına xəsarətlər yetirən Firdovsi Bağırov tutulub

Törətdiyi əməllərdən sonra bir aydan artıqdır qaçıb gizlənən kişini polis saxlayıb.

Sentyabrın 13-dəDaşkəsən rayon Tapan kənd sakinləri - 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Tibbi müdaxilələrdən sonra hər iki şəxs həyati təhlükədən xilas edilib. Sonradan onların doğma övladları Firdovsi Bağırov tərəfindən döyüldükləri, onun hətta öz həyat yoldaşına və uşaqlarına da işgəncələr verdiyi məlum olub. Məsələ Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində ictimailəşdirildikdən sonra Firdovsi Bağırov saxlanılıb.

Firdovsi Bağırov bu gün Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dəfələrlə valideynlərini döyən, həyat yoldaşına işgəncələr verən, qızına və oğluna xəsarət yetirən ata bu hərəkətləri içkinin təsiri altında etdiyini deyərək özünə bəraət qazandırmağa çalışıb.

Atası onları öldürəcəkləri ilə hədələdiyindən günlərdir xalasıgildə və sığınacaqda qalan 15 yaşlı Aytac artıq rahat evlərinə və məktəbə gedə biləcəyi üçün çox sevinclidir.

Firdovsi Bağırovun barəsində Cİnayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Xəbər lenti