Xəzər Xəbər

Yaxınları onu "ikinci Səxavət" adlandırırlar - Muğamı elə oxuyur ki, adamın lap sümüyünə işləyir - VİDEO

Veb TV | 20:59 • 23 Oktyabr 2018
Yaxınları onu "ikinci Səxavət" adlandırırlar -

Saatlıda yaşayan 42 yaşlı Şəfaət Alışovun musiqi təhsili olmasa da, o ifası ilə dost-tanışlarının rəğbətini qazanıb.Şəfaət Alışov mərhum sənətkar Səxavət Məmmədovun Pərəstişkarı olub. Və elə ona qulaq asaraq özünü təkmilləşdirməyə başlayıb. Bu səbəbdən saatlıda onu "ikinci Səxavət" adlandırır.

Heç bir musiqi təhsili yoxdur. Amma Allahın verdiyi səsi ilə dinləyənləri valeh edir. Muğamı elə oxuyur ki, adamın lap sümüyünə işləyir.

Söhbət Saatlı rayonu, Dədə Qorqud kəndinin 42 yaşlı sakini Şəfahət Alışovdan gedir. O, elə uşaqlıqdan musiqiyə maraq göstərib. Ancaq yol göstərəni olmadığından bu sənətin arxasınca gedə bilməyib.

Şəfahət Alışov musiqi səsinin olduğunu aşkarladıqdan sonra mərhum sənətkar Səxavət Məmmədova qulaq asaraq özünün üzərində işləyib. Elə bu səbəbdən dost-tanışları onu "İkinci Səxavət" adlandırırlar.

Onun yaxınlarının da musiqiyə marağı var. Qardaşının uşaqları da Şəfahət Alışova baxıb sənəti öyrənmək istiyirlər.

Şəfahət Alışov deyir ki, onutoylarda oxumaga dəvət etsələr də, o, bu təklifləri qəbul etmir. Ancaq yaxın adamlarının şənliklərində həvəslə oxuyur.

Xəbər lenti