Xəzər Xəbər

Azərbaycan Milli Kitabxanasında ən qədim kitabın 444 yaşı var VİDEO

Veb TV | 19:58 • 23 Oktyabr 2018
Azərbaycan Milli Kitabxanasında ən qədim kitabın 444 yaşı var

Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı 1573-cü ilə aiddir. Latın dilində olan bu əsər Hollandiyada çap edilib. Bundan başqa kitabxanada 1920 ci ilə qədər çap edilmiş 5minə yaxın kitab saxlanılır. Məhz bu qədim eksponantlara görə turistlərinkitabxanaya marağı böyükdür.

445 il əvvəl çap edilən bu kitab indi Azərbaycan Milli Kitabxanasının ən qədim ekponatıdır. Bu kitab hələ sovet dövründən əvvəl ölkəmizə gətirilib.

Nadir Kitablar və Kitabxana muzeyi şöbəsinin müdiri Gülsəyidə Abdullayevanın sözlərinə görə bu və bunun kimi digər kitablar xüsusi qaydada qorunur ,onlara toxunulmasına icazə verilmir.

Kitabaxanada saxlanılan ikinci ən qədim kitab isə 423 il əvvəl nəşr edilib. Almanca olan bu kitabda isə Osmanlı İmperyasından bəhs edilir.

Gülsəyidə Abdullayevinin sözlərinə görə hazırda Milli kitabxanada1920- ci ilə qədər çap edilən 5 minə yaxın nəşr saxlanılır.Qədim kitabların çoxluğu səbəbindən bura turistlərində marağı böyükdür.Ən çox maraq isə Azərbaycan klassik ədəbiyyatı nümunələrinədir.

Qeyd edək ki, burada saxlanılan kitabların 95 % elektronlaşdırılıb və istənilən şəxs onlardan rahatlıqla istifadə edə bilər.

Xəbər lenti