Xəzər Xəbər

Bakıda narkoşəbəkə ifşa edildi - 8 nəfər saxlanıldı VİDEO

Veb TV | 19:01 • 23 Oktyabr 2018
Bakıda narkoşəbəkə ifşa edildi - 8 nəfər saxlanıldı

Bakıda külli miqdarda narkotik maddə satmaq istəyən şəxslər ifşa edilib. Tutulan iki nəfərdən ümumilikdə 3 kiloqramdan çox müxtəlif növ narkotik maddə götürülüb. Qala qəsəbəsində isəistixanada narkotik tərkibli bitkilər əkib becərən 8 nəfər saxlanılıb.

Külli miqdarda narkotik maddə satmaq istəyən şəxslər tutulub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu, Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyevi 1 kiloqramdan artıq heroini satmaq istəyən zaman saxlayıblar.

Müslüm Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqramdan artıq tiryək də aşkar olunub. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr Fərid Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra Müslüm Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərəksatmağa çalışıblar.

Xəzər rayonu Qala qəsəbəsində isə narkotik plantasiyası aşkar edilib. Qəsəbənin Xaşaxuna bağlar sahəsi ərazisində Həsən Məmmədov idarə etdiyi avtomobillə saxlanılıb. Avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisi və 850 qram marixuana aşkar edilib. Sürücü və sərnişinləri, Vüsal Qurbanov, Elməddin Nağıyev və Səxavət Elyasov saxlanılaraq 1-ci Polis Şöbəsinə təhvil veriliblər.

Məlum olub ki, onlar narkotik vasitəni Teymur Nəcəfov, Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslərin dördü də saxlanılıb. Xaşaxuna bağlar sahəsində Sərxan Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq kənaf bitkisi də aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, narkotik bitkilərin əkildiyi bağ sahəsi Sərxan Qarayeva məxsusdur. O, həmin bitkiləri əkmək üçün torpaq sahəsini Natiq Süleymanova icarəyə verib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti