Xəzər Xəbər

Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücü-körpüsü istifadəyə verilib - FOTO

Dünya | 11:56 • 23 Oktyabr 2018
Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücü-körpüsü istifadəyə verilib -

Çində dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücüsü-körpüsü istifadəyə verilib.


Çinin cənubundakı Cuxay şəhərini, Honqkonq və Makao xüsusi inzibati ərazilərini birləşdirən yol ötürücüsünün ümumi uzunluğu 55 kilometrdir. Bunun 23 kilometri körpü, 6,7 kilometri tunel, qalan hissəsi isə iki süni ada üzərində yoldur.


İnşasına 2009-cu ilin dekabrında başlanılan ötürücü ötən ilin dekabrında təhvil verilib. Bundan sonra bir neçə sınaq həyata keçirilib.


Əvvəllər Honqkonq, Cuxay və Makao şəhərləri arasında hərəkətə sərf olunan 3 saatlıq müddət bu yol ötürücüsünün vasitəsilə 30 dəqiqəyə enəcək.


Oktyabrın 23-də Çin Xalq Respublikasının Sədri Si Cinpin Cuxay şəhərində yol ötürücüsünün açılış mərasimində iştirak edib. (AZƏRTAC)

Xəbər lenti