Xəzər Xəbər

Çexiya prezidenti aliment verməyən əlili əfv edib

Dünya | 11:55 • 23 Oktyabr 2018
Çexiya prezidenti aliment verməyən əlili əfv edib

Çexiya Prezidenti Miloş Zeman alimenti ödəmədiyi səbəbindən bir il müddətinə azadlıqdan məhrum edilmiş hər iki ayağını itirən vətəndaşın əfvi barədə əmr imzalayıb. Eyni zamanda, dövlət başçısı göstərilən maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin şəxs barədə təkrar cinayət işini dayandırıb. Prezidentin mətbuat katibi İrji Ovçaçek qeyd edib ki, ölkə başçısı öz qərarı ilə "aliment ödəməyənlərə haqq qazandırmır”.


Bu əfv Miloş Zeman tərəfindən prezident postunda imzalanan 11-ci oxşar sənəddir. 2013-cü ildə siyasətçi bəyan etmişdi ki, o, əfvetmə hüququndan yalnız humanistlik mülahizələri baxımından istisna hallarda istifadə edəcək. (AZƏRTAC)

Xəbər lenti