Xəzər Xəbər

Bakı velosiped yolları nə vaxt salınacaq? VİDEO

Veb TV | 20:56 • 22 Oktyabr 2018
Bakı velosiped yolları nə vaxt salınacaq?

Gələn ildən Bakı Olimpiya Stadionu və atletlər kəndi istiqamətində velosiped yolu salınacaq. Bununla bağlıyerli və xarici mütəxəssislər tərəfindən araşdırma aparılıb və yerlər müəyyən edilib. Növbəti mərhələdə paytaxtın digər ərazilərində də bu cür zolaqların salınması nəzərdə tutulub.

Paytaxtda velosiped yolları salınacaq.

Şəhər ərazisində velosipedçilərin təhlükəsiz hərəkətini təşkil etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən işlərə başlanılıb. Yerli və xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb və təkliflər verilib.

Ardınca isə paytaxtın digər ərazilərində də velosiped zolaqları salınacaq.

Hazırda bütün bunlar müzkirə mərhələsindədir. Yekun qərar qəbul edildikdən sonra layihələndirmə işlərinə start veriləcək. İşlərə gələn il başlanılması nəzərdə tutulub.

Xəbər lenti