Xəzər Xəbər

Şabranda polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ VİDEO

Veb TV | 20:30 • 22 Oktyabr 2018
Şabranda polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Şabranda avtomobil dirəyə çırpılıb. Maşının sürücüsü olan polis serjantıhadisə yerində ölüb. Sumqayıtda isə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtomobil dirəyə çırpılıb, nəticədə 1 nəfər ölüb.

Hadisə şabran rayonunda qeydə alınıb. Rayonun Sincanboyad kənd sakini Pərvin Meylaverdiyev həmkəndlisi Samir Əliyevə məxsus avtomobili işıq dirəyinə çırpıb. Nəticədə sürücü Pərvin Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb. O, Şabran Rayon Polis Şöbəsinin serjantı olub.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Sumqayıtda isə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisəni Bakıdan Sumqayıta 522 saylı xətt üzrə avtobus sürücüsü işləyən sürücü, Abşeron rayon sakini Ramiz Abbasov törədib. O, avtobus isə 13-cü mikrorayon ərazisində yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Hazırda dünyasını dəyişmiş şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti