Xəzər Xəbər

ŞAD XƏBƏR: Bakı-Naxçıvan dəmir yolu xətti çəkilə bilər VİDEO

Veb TV | 20:36 • 22 Oktyabr 2018
ŞAD XƏBƏR: Bakı-Naxçıvan dəmir yolu xətti çəkilə bilər

Azərbaycan dəmiryolları 30 milyon ton yükü avropaya çatdırmağa hazırdır. Bunu jurnalistlərə açıqlamasında qurum rəhbəri Cavid Qurbanov deyib. O, bildirib ki, yükdaşımalarına maraq göstərən şirkətlərin sayı artıb.Cavid Qurbanov Bakı-Naxçıvan dəmiryolu xəttinin inşasından da danışıb.

Azərbaycan hazırdan şərqdən Avropaya 30 milyon ton yükü daşımaq iqtidarındadır. Ancaq bunun üçün Xəzər Dəniz gəmiçiliyinin də daşıma gücü artmalıdır. Bu sözlərlə çıxış edən Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yük daşımalarının həcmini artırmaq üçün kompleks tədbirlərin görüldüyünü açıqlayıb.

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüuqi Şəxslər Birliyinin iclasında Cavid Qurbanov daha iki böyük şirkətin yük daşımalarına maraq göstərdiyini və bunun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Cavid Qurbanov Bakı-Naxçıvan dəmiryolunun tikintisindən də danışıb. O, bu tikintinin reallaşdırılması üçün texniki cəhətdənheç bir əngəlin olmadığını bildirib. burada əsas məsələ siyasi məsələlərlə bağlıdır.

Bu arada "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclası keçirilib. İclasda 6 ölkədən 11 böyük yükdaşıma şirkəti iştirak edib. Tədbirin sonunda protokol imzalanıb. Xatırladaq ki, 2014-cü ildən mövcud olan qurum ölkələri arasında vahid yükdaşıma tarifi müəyyən olunub, bir pəncərə prinsipi tətbiq edilib və layihə çərçivəsində konteyner qatarları uğurla bu marşrutla hərəkət edirlər.

Xəbər lenti