Xəzər Xəbər

19 gündən sonra şahzadədən Qaşıqçının ailəsinə TELEFON ZƏNGİ Atasının qatilinə təşəkkür etdi

Dünya | 16:33 • 22 Oktyabr 2018
19 gündən sonra şahzadədən Qaşıqçının ailəsinə TELEFON ZƏNGİ

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini verməkdə ittiham edilən vəliəhd şahzadə Məhəmməd bin Salman jurnalistin ailəsinə zəng edərək başsağlığı verib.

Cinayətdə ittiham edilən Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz və oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salman Camal Qaşıqçının oğlu Salaha zəng vuraraq ayrı-ayrılıqda başsağlığı verib. Qaşıqçının oğlu kral ailəsinə diqqətinə görə təşəkkür edib.

Qaşıqçının öldürülməsində birinci şübhəli olan vəliəhd şahzadə haqqında irəli sürülən ittihamlara isə heç bir rəsmi cavab verməyib./publika.az

Xəbər lenti