Xəzər Xəbər

Mobil telefon nəhəngindən yenilik

Texnologiya | 16:34 • 22 Oktyabr 2018
Mobil telefon nəhəngindən yenilik
Şirkət yeni barmaq izi skanlı smartfonun patentini alır

"Samsung” firması ekranın bütün yerinə inteqrasiya olunmuş barmaq izi skanlı smartfonun patentini alır.

"Samsung” firması ekranın bütün yerinə inteqrasiya olunmuş barmaq izi skanlı smartfonun patentini alır.

XəzərXəbər Technote.az saytına istinadən xəbər verir ki, şirkətin növbəti flaqman seriyasının ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacağı bildirilir.

Bu, smartfon ekranının aşağı mərkəzi hissəsində toxunuşa həssas sensor yeri olacaq. Paralel olaraq şirkət mühəndisləri sözügedən texnologiyanın növbəti versiyası üzərində də çalışırlar. Viveo APEX adlı konspet flaqman smartfonunu blokdan çıxartmaq üçün istifadəçi öz barmağını smartfon ekranının aşağı hissəsindəki istənilən yerinə toxundura bilərdi. Lakin Samsung şirkəti daha da irəli getmək istəyir. Belə ki, şirkətin yeni patent sorğusunda smartfon ekranının bütün hissəsini əhatə edən barmaq izi skanı texnologiyasına sahib cihazdan söhbət gedir. Bu cür sistemin necə çalışacağı hələki tam məlum deyil.

Bir müddət öncə şirkətin Çində keçirdiyi təqdimatda smartfonların ön panellərinin tamamilə çərçivələrdən və çıxıntı hissələrindən azad edilməsinə qadir texnologiyalardan söhbət getmişdi. Şirkətin məlumatına əsasən yeni texnologiyalar vasitəsilə həmçinin ön kameraları da ekrana inteqrasiya etmək mümkündür.


Xəbər lenti

Çox oxunanlar