Xəzər Xəbər

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb - YENİLƏNİB

Dünya | 14:54 • 21 Oktyabr 2018
Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb -

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu Tayvanın mərkəzi xəbər agentliyi bildirib. Ehtimal olunur ki, daha 40 nəfər aşan vaqonlarda köməksiz vəziyyətdə qalıb.

14:44

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

Trend-in "Huanqiu Shibao" nəşrinə istinadən verdiyi məlumata əsasən, hadisə İlan şəhəri ətrafında baş verib.

Qeyd olunur ki, qatar Şulin yaşayış məntəqəsindən Tayduna gedirdi.

Xəbər lenti