Xəzər Xəbər

Dünyanın ən yaxşı hava limanının adı açıqlanıb

Dünya | 12:50 • 21 Oktyabr 2018
Dünyanın ən yaxşı hava limanının adı açıqlanıb

"Business Traveller Awards 2018" mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.


Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə "tax-free" sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.


Aviaşirkətlər arasında "British Airways" 3 nominasiya üzrə qalib gəlib: "Qısa məsafələrə ən yaxşı daşıyıcı", "Daimi müştərilər üçün ən yaxşı proqram" və "Ən yaxşı salon" (5-ci terminalın gözləmə zalına görə).


"Ən yaxşı loukoster" kateqoriyasında Britaniyanın "Easyjet" şirkəti qələbə qazanıb. "Şərqi Avropanın ən yaxşı aviaşirkəti" nominasiyasında "Aeroflot" birinci pillədə qərarlaşıb.


"Business Traveller Awards" mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir.

Xəbər lenti