Xəzər Xəbər

Toxuculuq sənayesi 53,3 faiz artıb

İqtisadiyyat | 12:30 • 21 Oktyabr 2018
Toxuculuq sənayesi 53,3 faiz artıb

Bu ilin doqquz ayında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 246,3 milyon manat dəyərində məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 53,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 42,7 faiz, geyim istehsalında isə 1,6 faiz artım müşahidə olunub.

Xəbər lenti