Xəzər Xəbər

Roberto Bordin: Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq

İdman | 10:29 • 21 Oktyabr 2018
Roberto Bordin: Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq

"Qəbələ”ni təbrik edirəm. Rəqib bütövlükdə müdafiə olundu. Təəssüf ki, hesab 0:0 olarkən qol imkanlarından istifadə edə bilmədik. Acınacaqlı hal odur ki, rəqib bizi əks hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna hazırlaşmalıyıq.


Xezerxeber.az xəbər verir ki, bu sözləri "Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 8-ci turun "Qəbələ” ilə oyunsonrası təşkil olunmuş mətbuat konfransında deyib.


İtaliyalı mütəxəssis həmçinin bildirib ki: "Dabo və Dario ilk hissədə normal oynadılar. Təkcə onlar yox, ümumiyyətlə bütün komanda üzvləri səyləri artırmalıdır. Zəif cəhətlərimiz odur ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komanda şəklində uduzmuşuq”.

Xəbər lenti

Çox oxunanlar