Xəzər Xəbər

“Qəbələ” və “Neftçi” azarkeşləri arasında insident - VİDEO

Veb TV | 09:49 • 21 Oktyabr 2018
“Qəbələ” və “Neftçi” azarkeşləri arasında insident -

"Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.

Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.

Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib. (Qol.az)


Xəbər lenti

Çox oxunanlar