Xəzər Xəbər

TIR dəhşətli qəza törətdi: Bir avtobus insan həlak oldu

Dünya | 19:29 • 20 Oktyabr 2018
TIR dəhşətli qəza törətdi:

Cənubi Afrikanın Limpopo əyalətində nəzarətdən çıxan TIR qəza törədib, 28 nəfər ölüb.

Guateng qəsəbəsində irəliləyən TIR-ın təkəri qəfil partlayıb.

Bundan sonra avtomobil qarşıdan gələn maşınları əzərək üzərindən keçib. Qəzadan TIR sürücüsü sağ çıxsa da bir neçə avtomobil yanıb.

Nəticədə 2 uşaq daxil olmaqla 28 nəfər ölüb. Yalnız 4 nəfər sağ qurtarıb.

Qəzada ölü sayının belə çox olmasının səbəbi içərisində 22 sərnişin olan avtobusun qarşıda irəliləməsi olub. Yük avtomobili avtobusu da əzərək onun üzərindən keçib. 22 sərnişindən sağ qalan olmayıb./Teleqraf.com

Xəbər lenti