Xəzər Xəbər

Tovuzda dəhşətli qəza: 10 yaralı var VİDEO

Veb TV | 17:58 • 20 Oktyabr 2018
Tovuzda dəhşətli qəza: 10 yaralı var

Tovuzda sərnişin daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub. Hadisə zamanı mikroavtobusda olan 10 nəfər xəsarət alıb.

Mikroavtobusun minik avtomobili ilə toqquşması 10 nəfərin xəsarət alması ilə nəticələnib.

Ağır qəza Tovuzun Düz Cırdaxan kəndi ərazisində baş verib. Sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus minik avtomobili ilə toqquşub. Daha sonra isə hər iki nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Mikroavtobusda olan 5 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha 5 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücülərdən heç biri xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti