Xəzər Xəbər

Gözəllik müsabiqəsinin qalibi yolda faciəvi şəkildə öldü ŞOK TƏFƏRRÜAT

Şou Biznes | 11:59 • 20 Oktyabr 2018
Gözəllik müsabiqəsinin qalibi yolda faciəvi şəkildə öldü

Los-Ancelesdə gözəllik müsabiqəsinin qalibi, 30 yaşlı Yana Lavrentyeva qəza nəticəsində həyatını itirib.

Bu barədə "Sun" qəzeti məlumat yayıb. Mənbənin yazdığına görə, qəza ötən həftə baş verib. İşıqforun yaşıl işığında yolu keçərkən ayaqqabısında narahatlıq hiss edən Yana piyada zolağında dayanıb və bu zaman maşın onu vurub. Model ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Polis faktla bağlı araşdırma aparır.

Los-Ancelesdə yaşayan rusəsilli modelin iki azyaşlı övladı var./publika.az

Xəbər lenti