Xəzər Xəbər

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Veb TV | 20:14 • 19 Oktyabr 2018
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb -

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 130-cu kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 68 yaşlı Ağacəfər Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ağacəfər Səfərovun Hacıqabul rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti