Xəzər Xəbər

"Teleqüllə" ətrafında sürüşməyə meylli zonalar tapılıb - VİDEO

Veb TV | 20:37 • 19 Oktyabr 2018
"Teleqüllə" ətrafında sürüşməyə meylli zonalar tapılıb -

Bayıl qəsəbəsində 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür. Sürüşmə kütləsi üzərində gərginlik hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır: "Sürüşmə kütləsinin qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur".

Nazirlik rəsmisi, həmçinin Bakının Zığ qəsəbəsində də tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyətinin deformasiyaya uğradığını bildirib. Zığ şossesində divara bərkidilən istinad divarlarının böyük əksəriyyəti çatlayıb.

Əziz Qaralov deyib ki, Masazır qəsəbəsində Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bununla yanaşı Şamaxı və İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var.

Bu arada, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, paytaxtın Səbail rayonunda, "Teleqüllə" ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meylli zona tapılıb.

Qurban Yetirmişli onu da bildirib ki, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti