Xəzər Xəbər

Azərbaycanda yeni doğulanlar arasında cins nisbəti pozulur - VİDEO

Veb TV | 20:36 • 19 Oktyabr 2018
Azərbaycanda yeni doğulanlar arasında cins nisbəti pozulur -

Ölkədə ümumi demoqrafiq balans qorunsa da, yeni doğulanlar arasında cins nisbətinin pozulması müşahidə edilir.

Xezerxeber.az bildirir ki, bu barədə məlumat verən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, hazırda ölkədə 1000 kişiyə 1004 qadın düşür. Bu, indiki vəziyyətdə demoqrafik balansın qorunması mənasına gəlsə də, yeni doğulanlar arasında cins nisbətində pozğunluq var. Bununla belə, 1990-cı illərə nisbətən indi bu sahədə xeyli irəliləyiş əldə edilib. Ancaq yeni doğulanlar arasında bioloji norma hələ tam təmin olunmayıb.

Sahil Babayev qeyd edib ki, cins nisbətinin pozulmasının aradan qaldırılması üçün demoqrafiya və əhali sakinliyi istiqamətində yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Bu strategiya çərçivəsində 2030-cu ilə qədər bir sıra tədbirlər həyata keçiriləcək.

Nazir qeyd edib ki, yeni Dövlət Proqramında qadınların daha rahat iş tapa bilmələri üçün də tədbirlər yer alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti