Xəzər Xəbər

Almaniyada polislə atışma: iki nəfər öldürülüb

Dünya | 14:48 • 19 Oktyabr 2018
Almaniyada polislə atışma: iki nəfər öldürülüb

Almaniyanın qərbində yerləşən Reynland-Pfals federal torpağındakı Kirxxaym-an-der-Vaynştrasse şəhərində polislə atışma nəticəsində iki nəfər ölüb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, əməliyyat zamanı polis odlu silahdan atəş açmaq məcburiyyətində qalıb.


"Polis yerli vaxtla saat 8:30-da Kirxxaym-an-der-Vaynştrasse şəhərində yaranan təhlükəli vəziyyətlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı odlu silahdan istifadə edilib. İnsident nəticəsində iki nəfər həlak olub, iki polis əməkdaşı isə yaralanıb”, - deyə məlumatda bildirilir.


Hazırda əhali üçün heç bir təhlükə yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti