Xəzər Xəbər

Məşhur cütlük doğulmamış uşaqlarına ad fikirləşir

Dünya | 11:15 • 19 Oktyabr 2018
Məşhur cütlük doğulmamış uşaqlarına ad fikirləşir
Harri və Meqan Avstraliya səyahətinə çıxıb

Sussexin məşhur Duke və Düşesi Avstraliya səyahətlərini Melborna səfərlə, məşhur tramvaylara minərək və uşaq adları haqqında danışaraq davam etdirdi.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, cütlük Meqanın hamilə olduğunu bazar ertəsi, Sidneyə enəndə elan edib. Körpə haqqında danışmamalarına baxmayaraq, Böyük Britaniya Mətbuat Assosasiyası onlarla eyni tramvayda olan uşaqların cütlüyə jurnalistlərin vermədiyi sualları verdiyini bildirib.

12 yaşlı Çarli Volf cütlüyün uşağa hansı adı qoyacaqlarını soruşub və mətbuata Meqanın verdiyi cavabı açıqlayıb:

"Bizə uzun ad siyahısı verilib, oturub onları nəzərdən keçirəcəyik”.


Daha sonra 37 yaşlı Meqan və 34 yaşlı Harri sahillərin təmiz saxlanmasına nəzarət edən təşkilat olan "Beach Patrol”un əməkdaşları və könüllüləri ilə tanış olmaq üçün tramvayla ora gedib.

Cütlük baş nazir Scott Morrison və müxalifət lideri Bill Şorten ilə görüşəndən sonra geri dönəcək.

Xəbər lenti