Xəzər Xəbər

İmzalar atıldı, Fatih Terimə yeni maaş kəsildi BÖYÜK MƏBLƏĞ

İdman | 10:34 • 19 Oktyabr 2018
İmzalar atıldı, Fatih Terimə yeni maaş kəsildi
"Galatasaray” futbol klubunun gözlənilən anlaşması imzalanıb.

Klub Fatih Terimin bu sezonun sonunda bitəcək müqaviləsinin müddətini iki il də uzadıb, üç il isə əlavə olunacağı bildirilib.

Klubun başçısı Mustafa Çingiz təcrübəli məşqçi Fatih Terimin müqaviləsinin vaxtını çoxdan uzatmaq istədiyini deyib.

Terim boş müqaviləyə imza ataraq fərqini ortaya qoyub və ona ödəniləcək məbləğin türk lirəsi ilə olmasına razılıq verib.

Fatih Terim ildə 20 milyon lirə qazanacaq və əlavələr də olacaq.

Müqavilədə liqa çempionluğu ilə bağlı 3,5 milyon lirə əlavə, 75 milyonluq Çempionlar Liqası çempionluğu əlavəsi, 15 milyonluq UEFA Avropa Liqası əlavəsi, həmçinin müxtəlif əlavə pullar də nəzərdə tutulub.

İki illik müqavilənin müddəti Çingizin başçı seçiləcəyi halda üç il də uzadılacaq.

Xəbər lenti