Xəzər Xəbər

Cəlilabadda bədbəxt - ölən və yaralanan var - VİDEO

Veb TV | 19:03 • 18 Oktyabr 2018
Cəlilabadda bədbəxt -

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.


Xezerxeber.az  xəbər verir ki, hadisə Şıxlar kəndində qeydə alınıb.


İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri - 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər lenti