Xəzər Xəbər

Evlərə qənim kəsilən oğru tutuldu - sakinlərərə 20 min manat ziyan vurub - VİDEO

Veb TV | 19:10 • 18 Oktyabr 2018
Evlərə qənim kəsilən oğru tutuldu -

Mingəçevidə silsilə oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, günün müxtəlif saatlarında mənzillərə daxil olan gənc oğlan oradan pul, məişət və qızıl-zinət əşyaları oğurlayıb.

Mingəçevir polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Sahil Hüseynlinin müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzili qarət etdiyi müəyyənləşib. 25 yaşlı gənc, şəhər sakinlərinə ümumilikdə 20 min manata yaxın ziyan vurub.

Dindirilmə zamanı Sahil Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əvvələr də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti