Xəzər Xəbər

Soyğunçuluq edən dəstə üzvləri yaxalandı - VİDEO

Veb TV | 19:05 • 18 Oktyabr 2018
Soyğunçuluq edən dəstə üzvləri yaxalandı -

Şirvanda 5 oğlan və 1 qadın əlbir olaraq soyğunçuluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Hacıqabul sakini Şahmar Əhmədov Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək bir neçə gün əvvəl şəhər ərazisində ona məxsus 4500 manat pulun oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri ilə müəyyən olunub ki, hadisəni Şirvan şəhər sakinləri - Elmir Əmirov, Orxan Əliyev, Elvin Quliyev, Səbuhi Qasımov və Sabirabad sakini Simuzər Zeynalova törədiblər.

Simuzər Zeynalova Şahmar Əhmədovun pulunu ələ keçirmək məqsədilə onu kirayədə yaşadığı ünvana dəvət edib. Şahmar qadının yaşadığı evə gedəndən sonra dəstə üzvləri planlarını həyata keçiriblər.

Qadın Şahmarın 4500 manat pulunu ələ keçirdikdən sonra qrupun digər üzvləri hərəkətə keçib. Orxan və Elvin ev sahibi kimi mənzilə gələrək Şahmarı ordan uzaqlaşdırıblar.

Bu hadisədən sonra polis işin üstünü açıb və dəstə üzvlərini saxlayıb. Onların digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti