Xəzər Xəbər

"Santos" cəbhəsindən açıqlama: "Beşiktaş" Lavdan qurtulmaq istəyirdi"

İdman | 11:53 • 18 Oktyabr 2018
"Santos" cəbhəsindən açıqlama:

Braziliyanın "Santos" klubu "Beşiktaş"dan Vaqner Lavı transfer etməkdə israrlıdır.

Bu barədə klubun prezidenti Xose Karlos Peres məlumat verib:

"Vaqner Lavı baş məşqçimiz Kuka istəmişdi. Vəzifəsinə başlayanda bir hücumçu transferi istədi. Transferin bağlanmasına saatlar qalmışdı. Yumurtanın üstündəaddımlayan kimi idik. Vaqner Lav bizə gələ bilərdi, çünki "Beşiktaş" ondan qurtulmaq istəyirdi. Daha sonra bir neçə qol vurdu və transfer alınmadı. Gələcəkdə nələr olacağına baxacağıq".

Qeyd edək ki, 34 yaşlı forvardın "Beşiktaş"la 2020-ci ilə kimi müqaviləsi var. Braziliyalı futbolçu cari mövsüm 3 oyuna 2 qol vurub.

Xəbər lenti