Xəzər Xəbər

Avtomobildə aksiz markası olmayan siqaretlər aşkarlandı VİDEO

Veb TV | 11:46 • 18 Oktyabr 2018
Avtomobildə aksiz markası olmayan siqaretlər aşkarlandı
Dövlət Gömrük komitəsi iş başında

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb.

Xəbər lenti