Xəzər Xəbər

Serenay “Acıların qadını”nı bəyənmədi

Şou Biznes | 10:58 • 18 Oktyabr 2018
Serenay “Acıların qadını”nı bəyənmədi
Filmin çəkilişləri təxirə salınıb

Türkiyədə "Acıların qadını” kimi tanınan, 1989-cü ildə qətlə yetirilən müğənni Bergenin həyatından bəhs edilən film çəkilir.

Filmdə baş rolu aktrisa Serenay Sarıkaya canlandırır. Bildirilir ki, aktrisa filmin ssenarisini bəyənmədiyi üçün çəkilişləri 2019-cu ilin yazına qədər təxirə salınıb.

"Tələsən yerimiz yoxdur, istəyirəm ki, mükəmməl iş alınsın”, - deyə Serenay bildirib.

Qeyd edək ki, müğənni Bergen və onun anası 1989-cu ildə qətlə yetirilib. Sevgilisi qısqanclıq zəminində 30 yaşlı müğənni ilə anasını güllələyib./AzNews.az

Xəbər lenti