Xəzər Xəbər

"Liverpul"da 4 ciddi itki

İdman | 10:23 • 18 Oktyabr 2018
"Liverpul"da 4 ciddi itki

Mövsümə uğurlu start verən "Liverpul"un 4 futbolçusu zədələnib.

Sadio Mane, Nəbi Keyta, Məhəmməd Salah və Vircil van Deyk milli komandalarında zədələniblər. Manenin barmağı sınıbsa, van Deyk qabırğasından xəsarət alıb. Nəbinin dizaltı vətərində, Salahın isə budunda problem var. Onların bu həftə Premyer Liqa matçında iştirakları gözlənilmir.

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırmışdı.


Xəbər lenti