Xəzər Xəbər

İbrahim Şehiç `Qalatasaray`ın oyunçusu ola bilər

İdman | 10:25 • 18 Oktyabr 2018
İbrahim Şehiç `Qalatasaray`ın oyunçusu ola bilər

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Qalatasaray" klubunun oyunçusu ola bilər.

XəzərXəbər Türkiyə mətbuatına istinadən məlumat verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir.

Şehiçin komandadan ayırlacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir.

Xəbər lenti