Xəzər Xəbər

Evlərdən oğurluq edən şəxslər tutulub - VİDEO

Veb TV | 20:13 • 17 Oktyabr 2018
Evlərdən oğurluq edən şəxslər tutulub -

Astarada evlərdən oğurluq edən şəxs tutulub.

Xezerxeber.az bildirir ki, Astara şəhər sakini Rövşən Heydərov yaşadığı evdən 2 ədəd mobil telefonun oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və saxlanılıb. Onun üzərindən narkotik də aşkarlanıb. Məlum olub ki, Elçin Hüseynov ayrı - ayrı vaxtlarda müxtəlif evlərdən oğurluq edib.

Haсıqabulda isə qoyun oğrusu tutulub. Rayon sakini Rafail Rzayev polisə müraciət edərək bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Oğurladığı qoyunlar ondan geri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti