Xəzər Xəbər

Bakıda piyada səkisi çöküb, dərin çuxur əmələ gəlib - VİDEO

Veb TV | 20:16 • 17 Oktyabr 2018
Bakıda piyada səkisi çöküb, dərin çuxur əmələ gəlib -

Bakıda piyada səkisi çöküb, yerində bir neçə metr dərinliyində çuxur əmələ gəlib.

Xezerxeber.az bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib. Həmin ərazidə inşa edilən çoxmərtəbəli binanın qarşısındakı piyada səkisi qəfil çöküb. Hadisə yerinə Avtomobil Yolları Dövlət Agentliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyada səkisinin çökməsinə səbəb tikinti şirkəti tərəfindən tikinti normalarına əməl olunmamasıdır.

Binanı inşa edən şirkətin icraçı direktoru Nuran Həsənzadə isə deyilənlərlə razılaşmayaraq bildirib ki, səkinin sürüşməsinə səbəb yağış suları olub.

Anar Nəcəfli isə əlavə edib ki, dəymiş ziyanın miqdarı dəqiqləşəndən sonra bu məbləğ tikintini aparan şirkət tərəfindən ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti