Xəzər Xəbər

Yağış sularının yığılma təhlükəsi olan yollarda kollektorlar təmizlənir - VİDEO

Veb TV | 20:12 • 17 Oktyabr 2018
Yağış sularının yığılma təhlükəsi olan yollarda kollektorlar təmizlənir -

Bu gecədən başlayaraq paytaxta yağan güclü yağış aidiyyəti qurumları hərəkətə keçirib.

Xezerxeber.az bildirir ki, ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətinin Bakı Su-Kanal İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları gecə saatlarından etibarən paytaxtın bütün rayonlarında çirklənməyə məruz qalan yağış kollektorlarının yoxlanılmasına başlayıb. Əvvəlcə yağış kollektorlarının vəziyyəti yoxlanılıb. Sonra isə əraziyə texnika cəlb edilərək çirklənməyə məruz qalan kollektorların təmizlənməsinə başlanılıb.

Bakı Su-Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyib ki, ötən yağışdan sonra paytaxtın bütün rayonlarında yağış sularının çox yığıldığı yerlər müəyyən edilib və suyun axıdılması üçün müvafiq tədbirlərə başlanılıb. Onun sözlərinə görə, dünən gecədən etibarən əsasən Bakının mərkəzinə yağan güclü yağış paytaxt həyatına mənfi təsir göstərməyib.

Qeyd edək ki, yağış kollektorlarının təmizlənməsi prosesi mütəmadi olaraq davam etdiriləcək. Məqsəd paytaxtda yağan güclü yağışlar zamanı fəsadları minimuma endirməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti