Xəzər Xəbər

Yol kənarındakı qurumuş ağacları bəzək əşyalarına çevirdi - VİDEO

Veb TV | 19:23 • 18 Oktyabr 2018
Yol kənarındakı qurumuş ağacları bəzək əşyalarına çevirdi -

Şəki sakini yol kənarındakı qurumuş agacları bəzək əşyalarına çevirib.

Xezerxeber.az bildirir ki, söhbət Şəki şəhərinin mərkəzi kücələrindən sayılan 20 yanvar kücəsindən gedir. Məktəbin qarşısındakı quruyan nəhəng ağacın kəsilməsini istəməyən rayon sakini Camaləddin Xəlilov qeyri-adi təşəbbüs göstərib. O, ağacın dibini betonlayıb, 5-6 metr hundürlukdə gövdənin çürük yerlərini dolduraraq ona göz oxşayan dizayn verib. Aylarla vaxt itirərək ağacın gövdəsində ölkəmizdə yaşayan quşların şəklini cəkib. Quşların yaşaması üçün damlar da düzəldib.

Onun bu təşəbbəsünü rayon sakinləri də müsbət qarşılıyblar.

Camaləddin Xəlilov ətrafdakı ağaclara da qulluq göstərir. Boş olan torpaq sahələrinə isə yeni agaclar əkir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti