Xəzər Xəbər

Bakıda aptekə silahlı basqın edilib - VİDEO

Veb TV | 20:05 • 17 Oktyabr 2018
Bakıda aptekə silahlı basqın edilib -

Bakıda aptekə bıçaqla basqın edərək pul aparan şəxs tutulub.

Xezerxeber.az bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Apteklərdən birində əczaçı işləyən Hilal Həsənov ''102'' xidmətinə məlumat verib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2 min manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Emin Adilovu saxlayıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Emin Adilovun ərtafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. Onun barəsində 29-cu Polis Şöbəsində toplanan material araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti