Xəzər Xəbər

“Uşaq Avroviziya 2018"də təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub - FOTO

Şou Biznes | 14:03 • 17 Oktyabr 2018
“Uşaq Avroviziya 2018"də təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub -

Oktyabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində ölkəmizi Belarusun paytaxtı Minskdə keçiriləcək "Junior Eurovision 2018" mahnı müsabiqəsində iştirakına dair təqdimat keçirilib.


Xezerxeber.az xəbər verir ki, təqdimat mərasimində İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva və ölkəmizi təmsil edəcək Fidan Hüseynova çıxış edərək müsabiqə barədə fikirlərini bölüşüblər.


Qeyd edilib ki, mahnının müəllifləri bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupinadır.


Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir. Mahnıda o öz arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımladığından danışır.


Diqqətə çatdırılıb ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.


Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib k, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yerə layiq görülüb. Həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yeri tutub.


O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb.


Bildirilib ki, Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab"ına salınıb və Prezident təqaüdünə layiq görülüb.

Xəbər lenti

Çox oxunanlar