Xəzər Xəbər

Pompeonun təyyarəsi Ankaraya endi

Dünya | 11:38 • 17 Oktyabr 2018
Pompeonun təyyarəsi Ankaraya endi
XəzərXəbər xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.

ABŞ xarici işlər naziri Mayk Pompeonun təyyarəsi Ankarada eniş edib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Əsənboğa Hava Limanında görüş keçirəcək.

M.Pompeonun Türkiyəyə itkin jurnalist Camal Qaşıqçı məsələsini müzakirə etmək üçün gəldiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Mayk Pompeonu Səudiyyə Ərəbistanına göndərmişdi.

Xəbər lenti